Modern.az

8 minə yaxın abituriyent xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçdi

8 minə yaxın abituriyent xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçdi

Təhsil

30 May 2014, 10:23


Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlərin mayın 19-dan aparılan qeydiyyatı mayın 29-da başa çatıb. 7625 abituriyent qeydiyyatdan keçib.

Modern.az-ın məlumatına görə, göstərilən müddət ərzində qeydiyyatdan keçmiş abituriyentlər test imtahanında topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyərsə, müəyyən edilmiş cədvəl üzrə iyulun 2-dən 5-dək  seçmə turda iştirak etməlidirlər. Seçmə turlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir.
Təsviri sənət, teatr, kino və xoreoqrafiya sənətləri istiqamətlərinin və musiqi sənəti istiqamətinin “Xanəndəlik”, “Vokal sənəti”, “Aşıq sənəti”, həmçinin Azərbaycan Milli Konservatoriyası (AMK) nəzdində Musiqi Kollecinin “İnstrumental ifaçılıq (alətlər üzrə)” və “Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə)” ixtisaslarını yalnız seçmə tur zamanı müvafiq yoxlamadan “məqbul” alan abituriyent seçə bilər. Qeyd edək ki, bədən tərbiyəsi və idman istiqamətinin, həmçinin musiqi sənəti istiqamətinin “Musiqi müəllimliyi”, “Musiqi nəzəriyyəsi”, “Xor dirijorluğu”, “İnstrumental ifaçılıq (alətlər üzrə)” və “Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə)” (AMK) nəzdində Musiqi Kollecinin “İnstrumental ifaçılıq (alətlər üzrə)” və “Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə)” ixtisasları istisna olmaqla) ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər seçmə turda iştirak etmirlər. Abituriyentlər ixtisas seçimi edərkən xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.  

Misranə Həsənzadə
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı