Modern.az

“Elm siyasəti haqqında” qanunla bağlı Akademiya ilə Milli Məclis arasında fikir ayrılığı var?

“Elm siyasəti haqqında” qanunla bağlı Akademiya ilə Milli Məclis arasında fikir ayrılığı var?

Təhsil

30 May 2014, 10:30

““Elm siyasəti haqqında” qanunun qəbulunda heç bir problem yoxdur. Müsbət cəhət odur ki, bu qanunun müzakirəsində bir çox elm xadimlərini də cəlb edirlər. Mən özüm də bir neçə dəfə müzakirələrdə iştirak etmişəm. Yekunlaşma prosesi gedir. Bir ilə həmin qanun qəbul olunacaq”. Bunu Modern.az-a açıqlamasında Elmlər Akademiyasının müxbir üzvi, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, professor Vaqif Abbasov bildirib.

V. Abbasovun sözlərinə görə, layihə ilə bağlı Akademiya ilə Milli Məclis arasında heç bir fikir ayrılığı yoxdur: “Deputatlar elə bir qanun qəbul etməlidirlər ki, o mükəmməl olsun, dəyişilməyə ehtiyac görülməsin. Akademiya ilə Milli Məclis arasında qanunla bağlı fikir ayrılığı yoxdur”.

Qeyd edək ki, “Elm siyasəti haqqında” qanun layihəsi Milli Məclisdə uzun müddətdir müzakirə olunsa da, hələ ki, qəbul edilməyib. 

Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı