Modern.az

Bu il XI sinfi 86797 məzun bitirir, I sinfə 138 min şagird gedəcək

Bu il XI sinfi 86797 məzun bitirir, I sinfə 138 min şagird gedəcək

Təhsil

30 May 2014, 11:29


Bu gün Azərbaycanın bir sıra məktəblərində “Son zəng” qeyd olunur.

  Təhsil Nazirliyindən Modern.az-a verdiyi məlumata görə, 2013-2014-cü tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 118206, XI siniflərini 86797 nəfər, qiyabi və axşam məktəblərinin XII siniflərini isə 754 nəfər şagird bitirəcək. Paytaxtın ümumtəhsil müəssisələrində bu il IX sinif üzrə 27729, XI sinif üzrə isə 20411 şagird məzun olacaq. 2014-2015-ci tədris ilində I sinfə qəbul olunacaq şagirdlərin sayı üzrə proqnoz 138000 nəfərdir. Xatırladaq ki, ötən il ölkənin ümumtəhsil müəssisələrinin XI siniflərini 91484 şagird bitirib.  

Misranə Həsənzadə
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı