
Milli Məclisin bugünkü iclasında deputat Novruz Aslanov Türkiyədəki Soma faciəsinə görə Qızıl Aypara Cəmiyyətinin başlatdığı kampaniyaya dəstək verən Modern.az saytına təşəkkürünü bildirib.
“Bu çox simvolik addım idi. İki millət vəkili Ayaz Orucov və Eldar Quliyev tərəfindən müvafiq addımlar atıldı. Qızıl Aypara Cəmiyyəti tərəfindən humanitar kampaniyanın keçirilməsinə start verildi. Məlumat üçün bildirim ki, kampaniya artıq 20-günə yaxındır ki, öz fəaliyyətini davam etdirir və 40-a yaxın millət vəkili bu aksiyaya qoşulub. 38 min dollara yaxın vəsait toplanıb və Türkiyə Qızıl Aypara Cəmiyyətinin hesabına köçürülüb. Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqaladə səfiri Alper Coşkun mənə zəng edərək bildirdi ki, Milli Məclisin iclasında bütün millət vəkillərinə onun dərin təşəkkürünü çatdırım. Qızıl Aypara Cəmiyyətinin sədri kimi bütün millət vəkillərinə dərin təşəkkürümü bildirirəm. Və informasiya dəstəyinə görə, Modern.az saytına və APA agentliyinə dərin təşəkkürümü bildirirəm”.
Gültəkin ƏLƏSGƏR