Modern.az

Qulu Məhərrəmli yeni vəzifəsindən danışdı: “Görüləcək işlər çoxdur”

Qulu Məhərrəmli yeni vəzifəsindən danışdı: “Görüləcək işlər çoxdur”

Təhsil

30 May 2014, 16:07

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının iclası keçirilib. Modern. az xəbər verir ki, iclasda bəzi şöbələrə yeni rəhbərlər təyin edilib. 
Professor Qulu Məhərrəmli Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Monitorinq şöbəsinin müdiri seçilib. 

Tanınmış telejurnalist Modern.az-a verdiyi açıqlamasında xəbəri təsdiqləyib.  Professor həmçinin ən yaxın zamanda yeni təyinatla bağlı media ilə ətraflı söhbət edəcəyini bildirib.

“Görüləcək işlər şoxdur, bu haqda mediaya geniş müsahibəmdə danışacam”.

Elmin Nuri

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı