Modern.az

Deputatın oğlu “Bank of Azerbaijan”a rəhbər gətirilməsindən danışdı

Deputatın oğlu “Bank of Azerbaijan”a rəhbər gətirilməsindən danışdı

Təhsil

4 İyun 2014, 15:00

Milli Məclis üzvü Mahir Aslanovun oğlu Məhəmmədəli Aslanov “Bank of Azerbaijan”a rəhbər gətirilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Məhəmmədəli Aslanov Modern.az saytına bildirib ki, o, “Bank of Azerbaijan”ın Müşahidə Şurasında yox, İdarə Heyətində çalışır.

“Artıq bir ilə yaxındır ki, İdarə Heyətindəyəm. Yəni “Bank of Azerbaijan”ın İdarə Heyətinin sədr müaviniyəm. Eyni zamanda İdarə Heyətinin sədri olmadığından sədrin vəzifələrini də sədr əvəzi kimi mən yerinə yetirirəm. Bankın Müşahidə Şurasına rəhbər təyin olunmağımla bağlı yayılan məlumatlar isə yanlışdır”.

Qeyd edək ki, Məhəmmədəli Aslanovun atası, deputat Mahir Aslanov nəqliyyat naziri Ziya Məmmədova yaxınlığı ilə tanınır. “Bank of Azerbaijan”ın da “Baghlan Group”dan əvvəlki sahibi Z.Məmmədovun oğlu Anar Məmmədovun rəhbəri olduğu holdinq olub.

Gültəkin ƏLƏSGƏR

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı