Modern.az

Mətbuat Şurası "Qafqaz-Media"nı qınadı: “Bunu onların öz vicdanlarına buraxmışıq”

Mətbuat Şurası "Qafqaz-Media"nı qınadı: “Bunu onların öz vicdanlarına buraxmışıq”

Təhsil

18 İyul 2014, 16:31

Mətbuat günü ərəfəsində bəzi ictimai, siyasi faəliyyət sahiblərinə "Jurnalistlərin dostu" mükafatı verən "Qafqaz-Media" İctimai Birliyi qınaqla üzləşib. "Jurnalistlərin dostu" mükafatının ona məxsus olduğunu bildirən Mətbuat Şurasının rəhbərliyi narahatdır.

“Biz qısqanc deyilik, amma hardasa qınaq yeri gəlir”. Bunu Modern.az-a açıqlamasında  Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə deyib.

Onun sözlərinə görə, belə mükafatın olduğunu bilə-bilə eyni adda mükafat təsis etmək və kimlərsə təqdim etmək etik çərçivəyə sığmır:

“Heç olmasa özlərinə məxsus ad seçməlidilər. Ad məsələsində diqqətli olmaq lazımdır, mükafat verəndə düşünmək lazımdır.  Bunu plagiyat hesab etmirəm, amma onları öz vicdanlarına buraxmışıq”.

Məltəm Talıbzadə

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!