Modern.az

Abdulla Gül: “Siyasətə gətirdiyim Əhməd Davudoğlu baş nazir olacaq”

Abdulla Gül: “Siyasətə gətirdiyim Əhməd Davudoğlu baş nazir olacaq”

Təhsil

20 Avqust 2014, 09:32


Türkiyə prezidenti Abdulla Gül Türkiyənin yeni baş naziri olacaq şəxsin adını açıqlayıb. Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, Abdulla Gül bu baş nazir postuna xarici işlər naziri Əhməd Davudoğlunun gətiriləcəyini bildirib.  

“Baş nazir postuna gətiriləcək şəxs xarici işlər naziri Əhməd bəy olacaq. Onu siyasətə də, dövlət həyatına da qazandıran mənəm”. Abdulla Gül həmçinin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) keçirəcəyi konqresin, prezidentlik postunu təhvil verməzdən bir gün əvvəl olacağını da xatırladıb.

Qeyd edək ki, avqustun 10-da Türkiyədə ilk dəfə xalq səsverməsi yolu ilə prezident seçkiləri keçirilib. Səsvermənin nəticəsinə görə, baş nazir Rəcəb Tayyib Ərdoğan Türkiyənin  prezidenti seçilib.

Rüfanə GÜNƏŞ

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı