Modern.az

I sinfə erkən qəbul olmaq istəyən 1306 nəfər müsahibədən keçə bilməyib

I sinfə erkən qəbul olmaq istəyən 1306 nəfər müsahibədən keçə bilməyib

Təhsil

20 Avqust 2014, 13:32


“Bu günə qədər qeydiyyatdan keçən 2944 nəfər müsahibələrdə iştirak edib, 126 nəfər isə iştirak etməyib”. Bunu Modern.az-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Arzu Tairquliyeva deyib.

Onun sözlərinə görə, ərizə qəbulunun vaxtı uzadılmayacaq: “Müsahibələrdə iştirak edən uşaqların 1638 nəfəri I sinfə qəbul olub, 1306 nəfər isə müsahibədən keçə bilməyib. Hazırda 3512 nəfər qeydiyyatdan keçib.

Qeydiyyat avqustun 20-də başa çatacaq, müsahibələr isə sentyabrın 10-dək davam edəcək”.

Misranə Həsənzadə    

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı