Modern.az

Abxaziyadan Türkiyəyə qarşı TƏXRİBAT: Müxalifət lideri "prezident" oldu, İstanbul polisi hərəkətə keçdi

Abxaziyadan Türkiyəyə qarşı TƏXRİBAT: Müxalifət lideri "prezident" oldu, İstanbul polisi hərəkətə keçdi

Təhsil

25 Avqust 2014, 09:24

 

Gürcüstanın işğal edilmiş ərazilərində yaradılmış separatçı Abxaziya rejimində keçirilən növbədənkənar “prezident seçkisi”nin ilkin nəticələri açıqlanıb. Modern.az saytı rus mənbələrinə istinadən xəbər verir ki, qondarma seçkidə abxaz müxalifətinin liderlərindən biri olan Raul Xadjimba qalib gəlib.

Onun tərəfdarları separatçı qurumun mərkəzi Suxumidə qələbəni qeyd ediblər. Avropa İttifaqı və Gürcüstan Abxaziyada keçirilən seçkini  tanımayacağını bəyan edib.

Qondarma Abxaziya respublikasında prezidentliyə keçmiş vitse-prezident Raul Xadjimbadan başqa dövlət təhlükəsizlik xidmətinin vəzifəsini icra edən Aslan Bjaniya, müdafiə naziri vəzifəsini icra edən Mirab Kişmariya və keçmiş daxili işlər naziri Leonid Dzapşba iddialı idilər.

Bu arada qondarma Abxaziya respublikasının Türkiyəyə qarşı təxribata əl atdığı haqqında məlumat yayılıb.

Abxaziyanın Türkiyədəki “səlahiyyətli nümayəndəsi” iddia edilən İnar Qisba özünün facebook səhifəsində separatçı rejimin Türkiyədə yaşayan abxazların səsverməsi üçün İstanbulda  "məntəqələr" yaratdığını  bildirib.

Lakin türk polisi səsvermə prosesini dayandırıb. Bundan öncə isə İstanbulda separatçı rejimin “seçki məntəqəsi”nin Gürcüstanın Türkiyədəki səfirliyinin şikayəti üzrə bağlanıldığı bildirilib.

Aqşin Kərimov


  

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı