Modern.az

“Böyük İpək Yolu” 19 ölkəni “Beynəlxalq Gənclər Düşərgəsi”nə toplayacaq

“Böyük İpək Yolu” 19 ölkəni  “Beynəlxalq Gənclər Düşərgəsi”nə toplayacaq

Təhsil

25 Avqust 2014, 10:55

Avqustun 27-31-də “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının “Beynəlxalq Gənclər Düşərgəsi” öz işinə başlayacaq. Modern.az-a bu barədə təşkilatın mətbuat xidmətindən məlumat verilib.

“AF Hotel-Novxanı”da keçiriləcək tədbirdə 19 ölkədən iştirakçı qatılacaq.  ABŞ, Azərbaycan, Moldova, Polşa, Monteneqro, Slovenyia, Türkiyə, İdoneziya, Vyetnam, Qazaxstan, Misir, Makedoniya, Rumıniya, Tunis, Efiopiya, Gürcüstan, Bangladeş və Moldovadan gəlmiş gənclər Düşərgə çərçivəsində müxtəlif mövzuları müzakirə edəcəklər. Layihə çərçivəsində mədəniyyətlərarası dialoq və layihə idarıçiliyi barəsində treninqlər keçiriləcək.

“Böyük İpək Yolu” BGİ” 2012-ci ildə Bakıda 27 ölkə gənclərinin iştirakı ilə təsis olunub. Təşkilatın məqsədi qədim ipək yolu üzərində yerləşən ölkələrin gəncləri ilə mədəni və humanitar əlaqələrin yaradılması və genişləndirlməsidir.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı