Modern.az

79 yaşı tamam olan Fikrət Qoca: “Hər günü ad günüm kimi qeyd edirəm”

79 yaşı tamam olan Fikrət Qoca: “Hər günü ad günüm kimi qeyd edirəm”

Təhsil

25 Avqust 2014, 11:25

 

Bu gün xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Fikrət Qocanın 79 yaşı tamam olur. Qocaman şair bu gün də AYB-də öz fəaliyyətini davam etdirir və yeni kitab üzərində çalışır.

Doğum günü təəssüratını Modern.az-la bölüşən xalq şairi bu yaşında hər günü elə özünə ad günü hesab edir: “Yaşımın elə vaxtıdır ki, hər gün gözünü açıb görəndə ki sağsan elə o günü öz ad günün kimi qeyd edirsən.

Görürsən ki, hələ yaşayırsan, dünyanın gözəlliyini duyursan həyatı insanları çiçəkləri quşları görürsən. Bu gözəllikləri görməyin özü bir xoşbəxtlikdir. Həyatı ikinci dəfə görmək adama qismət olmur. Günlər bir birinə nə qədər oxşasalar da barmaq izi kimidilər.

Yəni hər gün tamam başqadır. Adam hər günü görmək istəyir. Yaşın bu vaxtında ad günü qeyd etmək həm kədərli olur həm də sevindirici. Kədərlidir ona görə ki bir yaş da qocaldım. Sevindiricidir, ona görə ki, bu yaşı da qeyd etmək mənə qismət oldu“.  

Elmin Nuri

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı