Modern.az

İnternet KİV-lə bağlı nəticələr AÇIQLANDI: “Qəzet və TV-lər aparıcı mövqeyini itirib” - SORĞU

İnternet KİV-lə bağlı nəticələr AÇIQLANDI: “Qəzet və TV-lər aparıcı mövqeyini itirib” - SORĞU

Təhsil

25 Avqust 2014, 12:38

 Auditoriyanın xəbər mənbəyi, informasiya qayanaqlarında ciddi diverifikasiya baş verib


İnternet medianın, informasiya məkanındakı yeri və cəmiyyətin informasiya təminatında, informasiya mənbəyi kimi rolu ilə bağlı məsələlərə, suallara aydınlıq gətirmək məqsədilə bu sorğu “Yeni Media Jurnalistləri” İctimai Birliyi tərəfindən 100 nəfər respondent arasında keçirilib. “Yeni Media Jurnalistləri” İctimai Birliyi tərəfindən tərtib olunan sorğu anketi e-mail vasitəsilə əvvəlcədən seçilən respondentlərə göndərilib. Anketlər toplandıqdan sonra nəticələr emal və təhlil edilib. Respondentlər cəmiyyətin fəal sosil qruplarını əsasən özəl sektoru təmsilçilərini- menecerləri,  dövlət qulluqçularını, millət vəkillərini, beynəlxalq təşkilatların əməkdaşlarını, hərbçi və kənd təsərrüfatında çalışanları əhatə edib.

Respondenlər seçilərkən o əsas götürülüb ki, cəmiyyətin aparıcı, aktiv social qruplarının təmsilçilərini internet medi ilə bağlı fikirlərini öyrənmək mümkün olsun. 

“Yeni Media Jurnalistləri” İctimai Birliyi bu sorğunu daxili imkanları hesabına keçirib və resursların məhdudluğu respondenlərin dairəsini genişləndirməyə imkan verməyib. Sorğu 2014-cü ilin may-iyul aylarında keçirilib.

 Sorğuda iştirak edənlərin sosial qruplara məxsusluğu 

1. Gündəlik xəbərləri hardan alırsınız?

Rəyi soruşulanların 38% gündəlik  xəbəri sosial şəbəkələrdən  34% isə internet saytlardan aldığnı bildirib.  16% gündəlik xəbərləri qəzetlər, 12% isə raido-TV-dən aldığını qyed edib. Ümumilikdə, respondentlərin sosial şəbəkə və internet saytlardan gündəlik xəbər alanların ümumi həcmi 72% təşkil edir.

 2. Sizin üçün əsas informasiya mənbəyi hansıdır? 

Rəyi soruşulanların 40 faizi üçün İnternet əsas informasiya mənbəyi kimi çıxış edir. Sosial şəbəkələr informasiya mənbəyi kimi 29% ikinci yerdə qərarlaşıb. Qəzet və TV-radionun əsas informasiya mənbəyi kimi respondentlərin 12% qeyd edib. Dövlət informasiya agentliyi və qəzetləri əsas informasiya mənbəyi kimi qeyd edənlər isə repsondentlərin 7 faizini təşkil edir.

3. İnternet saytların xəbərləri nəyə görə sizin diqqətinizi çəkir?

Əsas informasiya mənbəyi kimi İnterneti göstərənlərə ünvanlanan bu suala cavab verənlərin44 faizi hesab edir ki, inter saytallarda məlumat azadlığına riayət olunur,  42 %-in fikrincə xəbərləi dolğun, ətraflı və davamlı izləmək imkanı var. Bununla belə 14 faizin fikrincə, faktlar təhrif edilmir. Respondentlər bu suala cavab verərkən onlara hər üç cavabı variantını seçmək imklanı verilb.   Eyni zamanda onlar yalnız 1 yaxud 2 cavab variantı da seçmək imkanına malik olublar.

4. Hansı informasiya mənbəyinə daha çox etibar edirsiniz?

Respondentlərin 52 faizi internet mediada oxudğunu, 19%  TV və radioada dinlədiyinə, 14% qəzetlərdə oxuduğuna etibar etdiyini bildirib. 15% isə heç bir informasiya mənbəyindən əldə etdiyi informasiyaya etibar etmir.

5. Xəbərləri necə axtarırsınız?

Respondentlərin 70% qeyd edib ki, daim oxuduğu saytlar var. 21% isə xəbərləri sosial şəbəkələr vasitəsilə, 5% axtarış sistemləri, 4% dostlardan xəbər tutur.

6.   İnternetdə nə qədər vaxt keçirisiniz?

Respondentlərin 36 faizi işi ilə əlaqədar bütn gün, 26% gündə 6-7 saat, 38% isə gündə 2 saat internetdə vaxt keçirir.

7. Fikrinizcə, ən populyar informasiya vasitəsi hansıdır?

Ən populyar informasiya vasitəsi kimi  respondentlərin 56 faizinin fikrincə internet saytalar çıxış edir. İkinci yeri 18% sosial şəbəkələr tutur. Respondnetlərin 16% TV-ləri, 7% qəzetləri, 3% isə qəzetləri ən populyar informasiya vasitəsi kimi çıxış edir.

8. İnternetdə daha çox hansı mövzuda xəbərləri oxuyursunuz? 

Respondentlərin 54% internetdə daha çox ictimai-siyasi xəbərləri, 18 faiz şou-biznes, sosial və kriminal xəbərləri, 10% təhlil və müsahibələri daha çox oxuyur.

9.  İnternet KİV barədə hansı müşahidəniz var

    Respondentlərin 90 faizi hesab edir ki, internet KİV informasiya təminatında əsas rol oynayıb. 3 faiz hesab edir ki, qəzetlər, 1 faiz isə TV-lər daha etibarlıdır. 16% isə məlumat almaqda ciddi fərq görmür. 

Nəticə

Müasir dövrdə informasiya təminatı mənbələri, informasiya kanallarının təsiri məlumatlandırma sahəsində mühüm rol oynayır. Azərbaycanda əhalinin informasiya mənbələrinə münasibəti, çıxışı tədqiq olunması məlumatlandırma sahəsində real vəziyyətin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu məqsədlə “Yeni Media Jurnalistləri” İctimai Birliyi tərəfindən həyata keçirilən onlayn sorğu pilot layihə kimi reallaşdırılıb.  Onlayn sorğuda internet medianın, informasiya məkanındakı yeri və cəmiyyətin informasiya təminatında, informasiya mənbəyi kimi rolu ilə bağlı məsələlərə, suallara aydınlıq gətirmək məqsədilə 100 nəfər respondent arasında keçirilib. Sorğunun məqsədlərinə uyğun olaraq seçilmiş məqsədli auditoriya( informasiya məbələrindən fəal istifadə edən əhali qrupu) müəyyən edilib.  Sorğuda iştirak edən respondentlər dövlət qulluqçuları, hərbi qulluqçular, beynəlxalq təşkilatların nümayəndələri və kənd təssərrüfatı sahəsində çalışan sahibkarlar olub. Sorğularda  9 sualdan istifadə olunub.

Sorğunun nəticələrinə əsasən sosial şəbəkə və internet saytlardan gündəlik xəbər alanların ümumi həcmi  digər informasiya kanallarına nisbətən üstnlük təşkil edir(iştirakçıların 72%-i).        

Ən çox istifadə olunan informasiya mənbələri kimi sosial şəbəkə və internet saytları çıxış edir (iştirakçıların 40 %-i üçün internet, 29% üçün isə sosial

 şəbəkələr ).

İnternet saytlarındakı xəbərlərin maraqlılığı baxımından  məlumat azadlığına riayət olunması ( 44 %) , xəbərlərin dolğun, ətraflı və davamlı izləmək imkanı (42 %) kimi cavablar üstünlük təşkil edir. Daha çox etibar edilən informasiya mənbəyi kimi internet saytları çıxış edir(respondentlərin- 52 %-i). Xəbərlərin axtarışına gəldikdə isə,  respondentlərin 70% qeyd edib ki, daim oxuduğu saytlar var. Respondentlər internetdən istifadə müddəti ilə bağlı bildiriblər ki, işləri ilə əlaqədar bütn gün(36%) , gündə 6-7 saat(26%), gündə 2 saat internetdə (38%)  vaxt keçirirlər.

Ən populyar informasiya vasitəsi kimi  respondentlərin 56 %-i internet saytaları qeyd ediblər. 

İnternetdə daha populyar mövzulara gəldikdə isə respondentlərin 54% daha çox ictimai-siyasi xəbərləri, 18 faiz şou-biznes, 18 faizi sosial və kriminal xəbərləri, 10% təhlil və müsahibələri daha çox oxuyur.  Belə nəticələr sorğu auditoriyasının spesifikliyi ilə izah oluna bilər. 

İnternet KİV barədə müşahidələrlə bağlı respondentlərin 90 faizi hesab edir ki, internet media informasiya təminatında əsas rol oynayır.

Sorğunun nəticələri göstərir ki, son illər ən azı hər gün xəbərləri izləyən fəal auditoriyanın xəbər mənbəyi, informasiya qayanaqlarında ciddi diverifikasiya baş verib. Qəzet və TV-radio ikinci plana keçirb. Bu nəticələr göstərir ki, dünyada müşahidə olunan bu qlobal trend artıq Azərbaycanda da özünü qabarıq göstərməkdədir. Bu qənaət fəal, xəbərləri izləyən auditoriyaya şamil edilə bilər.  

Nəticələrə əsasən deyə bilərik ki, əsas informasiya mənbəyi kimi internet KİV və sosial şəbəkələri seçənlər bunlarım verdiyi üstünlüklərin fərqindədirlər və onalr üçün məlumat azadlığna riayət olunması, xəbərlərin ətraflı və dolğun izlənilməsi imkanı olduqca əhəmiyyətlidir. Yəni seçim sadəcə texnikin üstünlüklərə əsaslanan seçim deyil, eyni zamanda düşünülmüş seçimdir.

Sorğunun nəticələri göstərir ki, internet saytlar artıq sabit auditoriya toplaya biliblər. Bu internet medianın artıq xəbər məkanında əhəmiyyətli yer tutması barədə qənaətləri təsdiqləyir. Eyni zamanda çox böyük nailiyyətdir. Təsadüfi deyil ki, 70 faizi bildirib ki, daim izlədiyi xəbər saytları var. Soruğunun əhatə etdiyi auditoriya üçün ictimai-siyası xəbərlər əsas diqqət mərkəzindədir və onlar ictimai-siyasi gündəmi məhz internet media, sosial şəbəkələr vasitəsilə izləyirlər.Bunula belə internet mediada təhlil və müsahibələrin oxunma göstəriciləri aşağıdır.  Bunu onunla izah edə bilərik ki,  indiki oxucu daha çox xəbərləri izləməklə kifayətlənir. İntellektul enerji, zaman tələb edən məhsullara (təhlil və müshaibələr)  tələb azdır. Hazırda internet media sadəcə günün mənzərəsini görmək, cari gündəmdən hali olmaq üçün daha çox istifadə olunur.

Sorğunun nəticələrinə əsasən demək olar ki, sosial şəbəkələr də xəbər mənbəyi kimi əhəmiyyətli rola və potensiala malikdirlər. Sosial şəbəkələr indiki gerçəklikdə internet media da daxil olmaqla digər informasiya mənbələri ilə rəqbər aparmaq gücündədirlər. 

Qeyd: Bir daha vurğulanmalıdır ki, bu sorğu daha çox gündəlik ən azı internetdən istifadə edən fəal, gündəlik xəbərləri mütəmadi izləyən auditoriyanın fikirlərini ifadə edir. Bu baxımdan bu sorğu spesifik xarakterə malikdir. Eyni zamanda ölkədə ilk dəfə bu tipli sorğu keçirildiyindən əvvəlcədən bütün irad və təklifləri müzakirə etməyə hazır olduğumuzu bəyan edirik.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı