Modern.az

Təhsil Nazirliyi: “Bağlanmış türk liseyinin mindən çox şagirdi başqa məktəblərə köçürülüb”

Təhsil Nazirliyi: “Bağlanmış türk liseyinin mindən çox şagirdi başqa məktəblərə köçürülüb”

Təhsil

25 Avqust 2014, 14:49


“Sabiq “Çağ Öyrətim” şirkətinə daxil olan məktəb və liseylərdə təhsil almış şagirdlərin yaşadıqları ərazidəki, eləcə də digər bölgələrdəki arzu etdikləri məktəblərə qəbulu prosesi hazırda davam edir. Bütün şagirdlər məktəblərə yerləşdirilənə qədər proses davam edəcək. Bu vaxta kimi 1000 nəfərdən artıq şagird müvafiq məktəblərə dəyişdirilib”.

Bunu Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildiriblər.

Qeyd edək ki, əvvəllər “Çağ Öyrətim” şirkətinə (Beynəlxalq Tədris Mərkəzi) daxil olan məktəb və liseylərdə təhsil alan şagirdlərin bəziləri hələ də digər məktəblərə köçürülməyib.

Onların valideynləri türk məktəblərinin bərpasını istədiklərini və  avqustun axırına qədər gözləyəcəklərini bildirirlər. Təhsil Nazirliyi qeyd edib ki, köçürülməmiş şəxslər istənilən vaxtı məktəblərə yerləşdirilmə üçün nazirliyə müraciət edə bilərlər.  

Misranə Həsənzadə

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı