
Qondarma Abxaziya Respublikasının yeni seçilən “prezidenti” Raul Xadjimba ölkəsi ilə Rusiya arasında ittifaqın yaradılmasından danışıb. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, keçmiş müxalifət lideri Rusiya ilə münasibətlərin yenə də əsas prioritet olduğnu xatırladıb: “Rusiya və Abxaziya arasındakı ittifaq zərurətdir. Çünki ətrafımızda baş verən proseslər çox vacibdir və biz özümüzü itirməməliyik”.
Onun sözlərinə görə Rusiyanın Abxaziyada təsirinin artması hər kəsə müsbət təsir göstərəcək: “Seçkiqabağı kompaniya zamanı da deyirdim, Rusiyanın təsiri bizi dəyişməyə, genişlənməyə yönəldir”.Qeyd edək ki, Raul Xadjimba növbədənkənar seçkilərdə 50,57 faiz səs toplayaraq yeni Abxaziya “prezidenti” seçilib.
Modern.az