Modern.az

Millət vəkili Qarabağ qazisinə ev tikilməsi üçün nazirə MÜRACİƏT etdi

Millət vəkili Qarabağ qazisinə ev tikilməsi üçün nazirə MÜRACİƏT etdi

Təhsil

25 Avqust 2014, 17:49

Millət vəkili Qənirə Paşayeva ailə həyatı qurduqdan 17 il sonra üçəm sahibi olan Qarabağ qazisinə ev verilməsi üçün əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslmüva mürasiət edib. Modern.az onun facebook səhifəsinə istinadən xəbər verir ki, Tovuzun Düz Çırdaxan kənd sakini Teymur Sadıqovun ailəsinin yaşadığı evin şəraiti heç də yaxşı deyil: “Düz 17 il sonra ailəyə 3 gözəl mələk birdən gəlib - Mehriban, Zəhra və Gülşən. Ailəni təbrikə gedən zaman onların yaşamaq üçün ev şəraitlərinin çox ağır olduğunu və evə ciddi ehtiyacları olduğunu gördük.

Rayon rəhbərliyinə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova 17 il sonra 3 qızı olan Qarabağ qazimizi dövlətimiz tərəfindən ev tikilməsi məsələsini xahiş etdim. Sağ olsun cənab nazir. Hər zaman olduğu kimi diqqətlə dinlədi və əlindən gələn dəstəyi edəcəyini dedi. Bu gün Səlim müəllimlə təkrar bu mövzuda danışdıq və yenə əlindən gələn dəstəyi əsirgəməyəcəyini dedi”.

Rüfanə GÜNƏŞ
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı