Modern.az xəbər verir ki, xalq artisti Nuriyyə Əhmədovanın səhhəti yenidən ağırlaşıb. Bu haqda kino mütəxəssisi Sədaqət Kamal özünün “feysbuk” səhifəsində məlumat verib: “Xalq artisti Nuriyyə Əhmədova yenidən dəhşətli bir faciə ərəfəsindədir. Deməyə dilim gəlmir nədir. Çünki hələ ki, sonun nə ilə nəticələnəcəyini ancaq Allah bilir. Ancaq gözlərim önündən getmir aktrisanın donub qalmış bənizi. Maraqlananlar özləri onunla əlaqə saxlasın. Mən artıq onun haqqı uğrunda mübarizədən yorulmuşam... Nuriyyə Əhmədovaya kömək edin... “
Elmin Nuri