Modern.az

Səfir Eynulla Mədətli: “Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir”

Səfir Eynulla Mədətli: “Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir”

Təhsil

5 Sentyabr 2014, 15:34



Azərbaycan həmişə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və ölkələr arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin tərəfdarıdır. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu Xarkovda keçirilən “İnnovasiya. İnvestisiya. Xarkov təşəbbüsləri” iqtisadi forumunda Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli deyib. Onun sözlərinə görə, Azərbaycan həmişə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib:
“BMT Baş Assambleyasında da Ukraynanın ərazi bütövlüyünü dəstəkləmişik. Biz istəyirik ki, Ukrayna tezliklə ərazi bütövlüyünü bərpa etsin”.
Səfir qeyd edib ki, Azərbaycan hakimiyyəti Ukrayna ilə ikitərəfli əlaqələrin inkişafına və bunun dəstəklənməsinə kifayət qədər ciddi yanaşır.

Modern.az     
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı