Modern.az

QHT Şurasının maliyyələşdirdiyi hesabat Avropa Parlamentində təqdim olunacaq

QHT Şurasının maliyyələşdirdiyi hesabat Avropa Parlamentində təqdim olunacaq

Təhsil

5 Sentyabr 2014, 16:22



Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 8-12 sentyabr tarixlərində Belçika və Fransada  səfərdə olacaq.

Modern.az-ın məlumatına görə, nümayəndə heyəti Belçikanın Qadın Hüquqlarının Qorunmasına dair Beynəlxalq Liqasının Azərbaycanda qadın hüquqlarına həsr olunan hesabatının Avropa Parlamenti və Fransa Senatında hər iki qurumun üzvlərinin iştirakı ilə  keçirilən təqdimatında iştirak edəcək.
Hesabat Şuranın maliyyə dəstəyi ilə “Qadın hüquqlarının qorunması məsələsinin Azərbaycanın strateji imicinə təsiri” adlı layihə çərçivəsində Liqanın beynəlxalq ekspertləri tərəfindən  hazırlanıb. Bundan əlavə, nümayəndə heyətinin Belçika Senatının spikeri xanım Sabina de Byutün, Fransa Parlamentinin  Xarici əlaqələr komitəsinin sədri xanım Elizabet Qiqu və bir sıra digər rəsmilərlə görüşləri nəzərdə tutulur.

Qeyd olunan təqdimat və görüşlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və millət vəkili Məlahət  İbrahimqızı iştirak edəcək.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı