Modern.az

Jurnalist Pərviz Həşimlinin qaynı öldürülüb

Jurnalist Pərviz Həşimlinin qaynı öldürülüb

Təhsil

5 Sentyabr 2014, 16:51

Həbsdə olan jurnalist Pərviz Həşimlinin qaynı Kamil Rüstəmov bıçaqlanaraq qətlə yetirilib. Hadisə Göygöl rayonu ərazisində baş verib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Bizimyol.info saytına bildirib ki, Kamil Rüstəmov rayonun Quşqara kəndi ərazisində - Quşqara çayının çayının kənarında Ürfan Rzayev adlı şəxslə şəxsi münaqişə zəmininda mübahisə edərək dalaşıb. İnsident zamanı Ürfan Rzayev bıçaqla Kamil Rüstəmovun qarın və sinə nahiyəsindən 2 zərbə vurub. Ürfan Razayevin özünün də də müxtəlif bədən xəsarətləri olub. 

Hər iki şəxs Gəncə Şəhərə Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, K.Rüstəmov xəstəxanada dünyasını dəyişib. Ü.Rzayev isə reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Göygöl rayon prokurorluğunda AR Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı