
“Hazırda mediada Azərbaycan təhsilinə qərəzli yanaşma var. Jurnalistlərin bu yanaşması tədqiqatlar əsasında deyil”. Modern.az xəbər verir ki, bunu Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin proqram direktoru Elmina Kazımzadə deyib. Onun sözlərinə görə, mediada insanların bir çoxu zəif təhsilin qurbanları kimi göstərilir: “Həmin jurnalistlərə sual vermək istərdim ki, həmin yazıları hansı tədqiqatlar əsasında yazırsınız? Kimsə qonşusundan nəsə narazılıq eşidib onu yazır”.