Bu gün “Təhsil üzrə Gənc Liderlər üçün Yay Məktəbi”nin 3-cü günü başlayıb. Modern.az xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin Qubadakı korpusunda keçirilən məktəbdə 24 nəfər iştirakçı var. Bu günki təlimdə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsil Problemləri İnstitutu , Azərbaycan Diplomatik Akademiyasının (ADA) əməkdaşları iştirakçılara müxtəlif mövzularda maarifləndirəcəklər.
Günün sonunda Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov “Yeni dəyərlər sistemində Universitet missiyası” mövzusunda təlim keçəcək.
Rüfanə GÜNƏŞ