Modern.az

Ermənilər daha bir azərbaycanlını girov götürdülər

Ermənilər daha bir azərbaycanlını girov götürdülər

Təhsil

6 Sentyabr 2014, 13:50

Dağlıq Qarabağdakı separatçı rejimin hərbi birləşmələri Azərbaycan vətəndaşını girov götürdüklərini bəyan ediblər. Modern.az saytı Ermənistanın “news.am” agentliyinə istinadən xəbər verir ki, düşmən tərəf hadisənin sentyabrın 5-də baş verdiyini bildirib. Ermənilər girov götürülən Azərbaycan vətəndaşının adını da açıqlayıblar.

Məlumata görə, girov götürülən Cavid Samir Oğlu Məmmədovdur. Onun cəbhənin Tərtər istiqamətindəki Çaylı kəndi ərazisində təmas xəttini keçdiyi bildirilir.

Düşmən tərəf Beynəlxalq Qızıl Xaç Komitəsinə bu haqda məlumat verildiyini bildirib. Məlumata görə, Cavid Məmmədov güc strukturlarına verilib. 

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı Modern.az-a açıqlamasında belə bir faktın olduğunu və araşdırmadan sonra daha geniş xəbər yayacaqlarını bildirib.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı