Modern.az

Qızıl Xaç Komitəsinin nümayəndələri girov azərbaycanlıya baş çəkiblər

 Qızıl Xaç Komitəsinin nümayəndələri girov azərbaycanlıya baş çəkiblər

Təhsil

6 Sentyabr 2014, 21:26


Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində separatçılar tərəfindən saxlanılan Azərbaycan vətəndaşına baş çəkiblər.

Ermənistan mətbuatının yaydığı məlumata görə, bu barədə BQXK-nın Yerevan nümayəndəliyindən bildirilib.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri dünən axşam Azərbaycan vətəndaşını saxlayıblar.

Ermənistan KİV-in yaydığı məlumata görə, Azərbaycan vətəndaşı Cavid Samir oğlu Məmmədov sentyabrın 5-də axşam saat 18:10 radələrində Ermənistan silahlıları tərəfindən cəbhə xəttində saxlanılıb.

Azərbaycan Müdafiə Nazirliyindən Trend-ə faktı təsdiqləyərək bildiriblər ki, məsələ ilə bağlı araşdırma aparılır. (Trend)


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı