Modern.az

Suriya ordusu İŞİD-i bombaladı

Suriya ordusu İŞİD-i bombaladı

Təhsil

6 Sentyabr 2014, 23:56

Rakka şəhərinə edilən hücum nəticəsində azı 13 nəfər ölüb.

Suriya ordusu İraq Şam İslam Dövləti qruplaşmasına avia zərbələr endirib.
Suriya aviasiyası ölkənin şimalında, son zamanlar İŞİD qruplaşmasının qalası sayılan Rakka şəhərini bombalayıb. Hücum nəticəsində azı 13 nəfərin öldüyü bildirilir. 

Bombardman nəticəsində çörək sexi və 2 bina dağılıb. Binaların birindən İŞİD şəriət məhkəməsi kimi, ikincisindən isə şəhər nümayəndəliyi kimi istifadə edirmiş.

Qeyd edək ki, ABŞ İŞİD-in İraqdakı mövqelərinə zərbələr endirsə də, Suriya ərazisində qruplaşmaya qarşı heç bir hərbi əməliyyat keçirmir.(anspress.com)  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı