Rusiya prezidenti Vladimir Putin Ukrayna dövlət başçısı Pyotr Poroşenko arasında telefon danışığı olub.
Modern.az saytı Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, liderlər Ukraynadakı gərgin vəziyyəti müzakirə ediblər. Əsas müzakirə mövzularından biri sentyabrın 5-də Minskdə Ukrayna tərəfi ilə ruspərəst separatçılar arasında imzalanan atəşkəs protokolunun icrası məsələləri olub.
Atəşkəslə bağlı ATƏT-in monitorinqlərinin əhəmiyyəti vurğulanıb.
Donetsk və Luqanska Rusiya tərəfindən humanitar yardım edilməsi məsələsinə də toxunulub. Hər iki prezident münaqişənin həlli üçün dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb
.Modern.az