Modern.az

FHN: Abşerondakı partlayış olan binadan 3 nəfər xilas edilib, 2-si axtarılır

FHN: Abşerondakı partlayış olan binadan 3 nəfər xilas edilib, 2-si axtarılır

Təhsil

8 Sentyabr 2014, 09:20


Fövqəladə Hallar Nazirliyi Abşerondakı yaşayış binasında baş vermiş partylayışıa bağlı yeni məlumat verib. Modern.az saytı xəbər verir ki, nazirliyin məlumatına görə, Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda xilasedicilər tərəfindən 3 nəfər xilas edilib, 2 nəfərin xilasedilməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz