Modern.az

77 nəfərin qatili siyasi partiya yaradır

77 nəfərin qatili siyasi partiya yaradır

Təhsil

8 Sentyabr 2014, 12:49


2011-ci ilin iyulunda Norveçdə qanlı cinayətlər törədən və ömürlük azadlıqdan məhrum edilən Anders Berinq Breyvik “Norveç Faşist Partiyası” və “Nordlar liqası” yaratdığını elan edib. Modern.az xəbər verir ki, həbsxanadan “Frnas Press” agentliyinin redaksiyasına göndərdiyi 34 səhifəlik məktubunda norveçli terrorçu yeni partiyasının məramlarını elan edib.

O, tələb edib ki, Norveç hökuməti onun planlarına mane olmağa cəhd göstərməsin. Anders Breyvik həbsxanada demokrat olduğunu və siyasi partiya yaradaraq öz ideyalarını qeyri-zorakı yollarla təbliğ edəcəyini bildirib. Onu “Norveç Faşist Partiyası”nı yaratmağa ruhlandıran isə Yunanıstandakı millətçi “Xristi Avqi” (Qızıl Şəfəq) partiyasının ölkəsində uğur qazanması olub.

“Mənim 2011-ci il 22 iyulda törətdiyim vəhşilikdən ürəyim ağrıyır. Həyatımın əsas məqsədi belə faciələrin gələcəkdə qarşısını almaqdır. Faşist Partiyasının və Nordlar Liqasının əsas məramı da məhz budur”-deyə norveçli terrorçu məktubunda yazıb. O sonda özünü “Anders Berinq Breyvik, partiya katibi və Norveç Faşist Partiyasından və Nordlar Liqasından deputatlığa namizəd” kimi təqdim edib.

Xatırladaq ki, 2011-ci il iyulun 22-də Breyvik Norveçin paytaxtı Osloda terror aktı və Uteya adasında gənclərin kütləvi qətlimanı gerçəkləşdirmişdi. Hadisələrdə 77 nəfər həlak olmuş, 151 nəfər xəsarət almışdı.

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı