Modern.az

Sabahın hava proqnozu verildi

Sabahın hava proqnozu verildi

Təhsil

8 Sentyabr 2014, 12:53

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 09-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 18-23, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında sentyabrın 09-da hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir. Sentyabrın 09-da  Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişlidir. Sentabrın 10-11-də arabir güclənən xəzri küləyi fonunda temperaturun nisbətən enməsi müsbət amildir.   Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı