Modern.az

Baş həkim: “Xırdalandakı partlayışda xəsarət almış şəxslərin durumu ağırdır”

Baş həkim: “Xırdalandakı partlayışda xəsarət almış şəxslərin durumu ağırdır”

Təhsil

8 Sentyabr 2014, 13:51



Xırdalanda baş verən partlayışda yanıq xəsarətləri alan iki nəfər  Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Bu barədə Modern.az-a mərkəzin  baş həkimi Vüqar Ələkbərov məlumat verib.

“Xəstələr bir ailənin üzvüdür. Onlardan biri 42 yaşlı Vidadi İsmayılovdur, bədəninin 90%-i, eyni zamanda tənəffüs yolları tamamilə yanıb, hazırda reanimasiyadadır, vəziyyəti ağırdır. Onun 13 yaşlı oğlu İsmayılov Yunus nisbətən az yanıb. Hər iki ətrafın yanığı diaqnozu ilə xəstəxanaya daxil olub, bədənin 30%-i yanıb, palataya yerləşdirilib. Uşağın həyati təhlükəsi olmasa da, atasının yaşaması sual altındadır”, - deyə həkim vurğulayıb.

  Qeyd edək ki, bu gün  Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, həmçinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları hadisə yerinə cəlb olunub. Hazırda xilasedicilər tərəfindən 3 nəfər xilas edilib, 2 nəfərin xilas edilməsi istiqamətində işlər davam etdirilir. 9 nəfər müxtəlif xəstəxanalara yerləşdirilib.      

Gülşən RAUFQIZI
     
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı