Modern.az

ADU-nun tələbəsi Koreyada Azərbaycanı uğurla təmsil etdi

ADU-nun tələbəsi Koreyada Azərbaycanı uğurla təmsil etdi

Təhsil

8 Sentyabr 2014, 14:40

Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin 460-cı qrup tələbəsi Oqtay Quliyev “Gənclər və Dünyada sülh” mövzusu ilə Seul və Mujuda Gender bərabərliyi və Ailə İşlər Nazirliyinin ev sahibliyi və Koreya Gənclər təşkilatı Milli Şurasının təşkilatçılığı ilə keçirilmiş 25-ci Beynəlxalq Gənclər Forumunda Azərbaycanı uğurla təmsil edir.

Dünya gənclərini bir araya toplayaraq beynəlxalq yığıncaqlar təşkil edən Beynəlxalq Gənclər Forumunda gənclər bir araya gəlib qlobal məsələləri müzakirə edirlər.

Oqtay Sabit oğlu Quliyev 1993-cü il noyabrın 20-də Bərdə şəhərində dünyaya gəlib. Azərbaycan Hava və Ekstrimal İdman Növləri Federasiyasının EkoTur klubunda həvəskar dağçı olaraq fəaliyyət göstərir. Tələbəlik illərində bir çox yerli və beynəlxalq tədbirlərdə, ölkəmizdəki beynəlxalq forumlarda və treyninqlərdə iştirak edib. Azərbaycan Dillər Universiteti ilə İsrailin Azərbaycandakı səfirliyi arasında bağlanmış müqaviləyə əsasən, I kursda oxuyarkən İsrailin Haifa şəhərində təşkil olunan yay məktəbində ivrit dili kursunda iştirak edib. Daha sonra iki dəfə Ukraynanın Kiev və Sumy şəhərlərində “Youth İn Action” proqramında iştirak edib. “İnternational Football Volunteering Forum” (Beynəlxalq Futbol Könüllüləri Forumu), Təbiət Dostlarının "The camp of young alpinist"(Gənc alpinistlər düşərgəsi), “EuroVillage 2014” və digər layihələrdə iştirak edib.

Oqtay Quliyev ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov başda olmaqla, universitet rəhbərliyinin tələbələri üçün əlindən gələn yardımı əsirgəmədiyini söyləyir və gənclərə sadəcə bunu görmək və bundan faydalanmağı məsləhət görərək onlara bu kimi tədbirlərdə işitrak etməyin, araşdırmağın və ürəkdən istəməyin düzgün olduğunu bildirir.


.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı