
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti hələ öz işinə başlamayıb. Əsas elmi qurumun ali şurası hesab olunan Rəyasət Heyəti akademiya və onun tabeliyində olan institut və təşkilatlarla bağlı qərarverici orqan sayılır.
Rəyasət Heyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az saytına verilən məlumata görə AMEA-nın ali şurası gələn həftə özünün ilk yığıncağını keçirəcək.
Rəyasət heyətinin toplantısında akademiya ilə bağlı əsaslı qərarlar gözlənilir ki, onların arasında təyinat və ixtisarlar da olacaq.
Elmin Nuri