Modern.az

Lənkəranda gənclər ”Bakı-Avropa 2015” oyunlarını müzakirə etdilər - FOTO

Lənkəranda gənclər ”Bakı-Avropa 2015” oyunlarını müzakirə etdilər - FOTO

Təhsil

8 Sentyabr 2014, 16:27

Sentyabrın  6-da Azərbaycan Respublikası Prezident yanında Gənclər Fondunun   maliyyə dəstəyi ilə  “Qələbə Naminə” adlı layihə Lənkəran şəhərində Gənclər evində həyata keçirilib. Burda  25 nəfər gənc iştirak edib.

Modern.az xəbər verir ki, layihədə Lənkəran şəhər İcra Hakimiyyətinin  İctimai- Siyasi və Humanitar məsələlər üzrə şöbəsində baş məsləhətçi  vəzifəsində çalışan Əməmullayev Nazim iştirak edib. Layihə haqqında məlumatı  ilk olaraq, layihənin rəhbəri Kərimova  Elnurə məlumat verib. Layihə çərçivəsində gənclərə Avropa qitəsində ilk dəfə olaraq keçiriləcək ” Bakı-Avropa 2015” oyunlarının məqsədi və faydalarından danışılıb. Layihə öz işini maraqlı müsabiqə ilə davam etdirib . Gənclər belə tədbirlərin davamlı olmasını xahiş ediblər. Layihə Əligül Ağayevin təlim keçməsi ilə davam etdirilib.   

Tədbirdə iştirak edən  gənclərə  üzərində Avropa oyunlarının təsviri əks olunmuş  papaq, köynək və dəftərxana ləvazimatları  hədiyyə olunub.


Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı