Modern.az

Xırdalandakı bina uçqununun 8 yaralısı xəstəxanaya yerləşdirilib, 1 nəfərin meyiti çıxarılıb

Xırdalandakı bina uçqununun 8 yaralısı xəstəxanaya yerləşdirilib, 1 nəfərin meyiti çıxarılıb

Təhsil

8 Sentyabr 2014, 17:14


“Xırdalanda baş verən hadisə ilə əlaqədar 8 nəfər zərərçəkən xəstəxanaya yerləşdirilib. Onlardan bir nəfər artıq evə yazılıb. Həmin xəstələrin 1-i Sumqayıt Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə, 2 nəfər Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Yanıq Mərkəzinə yerləşdirilənlərdən Vidadi İsmayılov ağır vəziyyətdədir”.
Bunu Modern.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli baş vermiş faciəli hadisədə xəsarət alanların son durumu haqqında məlumat verərkən bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, xəsarət alanlardan 5 nəfər Kliniki Tibbi Mərkəzə (KTM) aparılıb. Bura gətirilən xəstələrdən bir Respublika Uşaq Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb, 3 nəfər isə KTM-də müalicəsini davam etdirir.
Bir nəfərin isə dağıntılar altından meyiti çıxarılıb. Xəstəxanaya yerləşdirildikdən sonra ölüm faktı qeydə alınmayıb.

Kliniki Tibbi Mərkəzdən Modern.az-a verilən məlumata görə hazırda 4 nəfər bu xəstəxanada müalicə alır. 2007-ci il təvəllüdlü Bəkir İsmayılov bədənin çoxsaylı əzilmələri, 2010-cu il təvəllüdlü Aytac Abdullayeva bədənin küt travması ilə xəstəxananın uşaq şöbəsinə yerləşdirilib.

Mətanət İsmayılova KTM-in reanimasiya şöbəsindədir, vəziyyəti ağırdır. Onun qızı 15 yaşlı Aygün İsmayıllı I cərrahiyyə şöbəsində müalicə alır.

Qeyd edək ki, İsmayılovlar ailəsinin bütün 5 üzvü hadisə nəticəsində xəsarət alıb. Ailə başçısı, jurnalist Vidadi İsmayılovun vəziyyəti ağır qiymətləndirilir.

Respublika Yanıq Mərkəzinin baş həkimi Vüqar Ələkbərovun Modern.az-a verdiyi məlumata görə, onun bədəninin 90%-i yanıb, həyati təhlükəsi var. Onun 13 yaşlı oğlu Yunus İsmayılov nisbətən az yanıb. Hər iki ətrafın yanığı diaqnozu ilə xəstəxanaya daxil olub, bədənin 30%-i yanıb, palataya yerləşdirilib. 

Məlumat üçün bildirək ki, hadisə bu gün  Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında baş verib.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı