Modern.az

Fransalı deputatlar Xocalı aeroportuna endilər

Fransalı deputatlar Xocalı aeroportuna endilər

Təhsil

8 Sentyabr 2014, 18:10

 

 

Bu gün Fransa senatının üzvləri Alen Neri, Jan Bize, deputat Jan Mark Jermen və sabiq deputat Jak Remilyen Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisinə səfər ediblər.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, vertolyotla Xocalı aeroportuna gələn deputatları separatçı rejimin rəsmiləri qarşılayıblar. Fransalı deputat qrupu sonradan “Dağlıq Qarabağ parlamentinin spikeri” Aşot Qulyanla görüş keçiriblər. 

Fransalı nümayəndə heyətinin rəhbəri, senator Alen Neri gələcəkdə də əməkdaşlıq etməyin perspektivlərini müzakirə edib. Xatırladaq ki, Qarabağ səfər edən deputat və senatorlar “Fransa-Qarabağ dostluq qrupu”nun üzvləridir.  

Modern.az  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı