Modern.az

Natiq Ədilov məhkəmə iddiası qaldıracaq YENİLƏNİB

Natiq Ədilov məhkəmə iddiası qaldıracaq YENİLƏNİB

Təhsil

8 Sentyabr 2014, 18:37

Aldığımız son məlumata görə, N.Ədilovdan xəbər var. Əməkdaşımızın telefonunda nasazlıq yarandığından onunla əlaqə saxlamaq mümkün olmayıb.

***

Sentyabrın 8-də AXCP mətbuat xidmətinin rəhbəri, «Azadlıq» qəzeti və «Azərbaycan Saatı» proqramının əməkdaşı Natiq Ədilov Gürcüstana getmək istəyərkən «Sınıq körpü» gömrük postundan buraxılmayıb. Bu haqda partiyanın Qazax rayon şöbəsinin sədri Sabir Mikayılov məlumat verib.Şöbə sədrinin sözlərinə görə, Gürcüstana buraxılmayan Natiq Ədilov bir neçə yerli cəbhəçinin dəvəti ilə Qazax rayonuna yola düşüb. Bir müddət sonra isə onlarla əlaqə kəsilib. ("Azadliq radiosu")

Sabir Mikayılov deyir ki, bir neçə saatdır nə Natiq Ədilov, nə də onunla birlikdə olan digər cəbhəçilərin telefonuna zəng çatır, ona görə onların saxlanıldığını ehtimal edirlər: «Natiq bizim üzvlərimizdən birinə zəng vurub, bildirib ki, onu gömrükdən buraxmayıblar. Həmin üzvümüz də gedib gömrüyə, onunla görüşüb. Gömrükdən mənə zəng vurub dedi ki, Natiqi avtomobillə götürüb, rayona, evlərinə aparır. Bundan sonra bir neçə saatdır ki, nə Natiqə, nə də onun yanında olan digər şəxslərə zəng çatır. Ehtimal edirik ki, rayona getmək istəyərkən onları saxlayıblar».

Qazax Rayon Polis Şöbəsindən Natiq Ədilov və digər AXCP üzvlərinin saxlanmasından xəbərsiz olduqlarını bildirdilər. Bir müddət əvvəl Natiq Ədilovun qardaşı Murad Ədilov həbs olunub. O, narkotik ittihamı ilə saxlanıb. Natiq Ədilov qardaşının şərlənərək həbs olunduğunu, bunun qardaşıyla özünün siyasi fəaliyyəti ilə bağlı olduğunu deyib.

DİN-in təmsilçisi Ehsan Zahidov qəzetimizə açıqlamasında bildirib ki, N.Ədilovun polis tərəfindən saxlanması faktı doğru deyil.

***

AXCP-nin mətbuat katibi, “Azadlıq” qəzetinin əməkdaşı başına gələnlər barədə öz Facebook səhifəsində yazıb.

O, bildirib ki, bizim balacanın səhəttində problem var, hələ Muradın həbsindən əvvəl onu müalicəyə aparmalıydıq: “Murad tutuldu və həmin günün səhərisinə olan biletlərimizi ləğv etməli olduq. Nəhayət, qərara gəldik ki, Tiflisə gedək və orda müayinə olsun. Qatara bilet aldıq. Böyük Kəsik stansiyasında sərhədçilər sənədləri yoxladılar və bildirdilər ki, sizin pasportun fəaliyyəti dayandırılıb. Soruşdum, qardaşlar belə bir şey nə deməkdi, bu mənim başıma gəlib ya əvvəl də belə hal olub. Dedilər, olub, sən tək deyilsən. Tələb etdim ki, o zaman mənim qatardan endirilməyimlə bağlı akt verilsin. Verdilər. Orda da yazılır ki, pasport fəaliyyətsiz olduğu üçün sərhəddən buraxılmır”. Yaranan problemlə bağlı günü sabah Daxili işlər naziri Ramil Usubova müraciət edəcəyini vurğylayan N.Ədilov eyni zamanda vəkillərin iştirakı ilə məhkəmə iddası qaldıracağını da deyib.  

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı