İsrailin keçmiş prezidenti Şimon Peres Türkiyənin cəzalandırılmasını tələb edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin Terrorizmlə Mübarizə İdarəsinin 14-cü beynəlxalq konfransında çıxış edən Şimon Peres Türkiyə və Qətər dövlətini terrora dəstək verməkdə ittiham edib.“Terroru maliyyələşdirdiyi üçün bu dövlətlərə iqtisadi sanksiyalar tətbiq olunmalıdır”,-deyə Şimon Peres bildirib.
Modern.az