Modern.az saytı xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi ilə əlaqədar axtarış-xilasetmə işləri başa çatıb. Xilasedicilər tərəfindən dağıntılar altından 1 uşaq meyiti çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
8 yaşlı Aydan Abbasovanın meyiti səhərə yaxın tapılıb. Onun atası Məharət Abbasovun da meyiti dünən tapılmışdı.
Bununla da, hazırki vaxta qədər xəsarət alan 9 nəfər və vəfat etmiş 3 nəfər xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 03:15-də başa çatıb.