
“Oktyabrın əvvəlində Parisdə Ermənistan və Azərbaycan prezidentlərinin görüşü olacaq. Görüşün təşəbbüskarı isə Fransa prezidenti Fransua Ollanddır”. Modern.az xəbər verir ki, bunu Ermənistanın news.am saytına açıqlamasında Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti Rene Ruke deyib. O, Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan rəhbəri Serj Sərkisyanın Soçi görüşünü xatırladaraq bildirib ki, bu görüşdən sonra cəbhə xəttində gərginlik azaldı.
“Soçidə tərəflər görüşdülər və anlaşma əldə etdilər”,-deyə Rene Ruke söyləyib.
Qeyd edək ki, Rene Ruke Azərbaycana qarşı qərəzli və ermənipərəst mövqeyi ilə seçilən bir şəxsdir.
Modern.az