Modern.az

Regional məsələlər komitəsi payız sessiyasının gündəliyini AÇIQLADI

Regional məsələlər komitəsi  payız sessiyasının gündəliyini AÇIQLADI

Təhsil

9 Sentyabr 2014, 13:07

Modern.az xəbər verir ki, Milli Məclisin Regional məsələlər komitəsi  payız sessiyası dövründə görəcəyi işlərin siyahısını açıqlayıb. Siyahıya bu layihələr daxil edilib:

- Bələdiyyələrin əraziləri və torpaqları haqqında “Azərbaycan Respublikası qanununa əlavə edilmiş Azərbaycan    Respublikasında bələdiyyələrin siyahısında dəyişikliklər edilməsi haqqında”qanun layihəsi

- “Azərbaycan Respublikasının ərazi bölgüsünə qismən dəyişikliklər edilməsi haqqında” qanun lahiyələri 

- “Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” qanun layihələri

- Milli Məclisin 2014-cü il yaz və növbədənakənar sessiyası dövründə görülən işlər barədə komitənin hesabatı

- Komitəyə daxil olan qanun layihələrinin müzakirəsi, onlara rəy və təkliflər hazırlanması

- Komitəyə müvafiq orqanlardan və vətəndaşlardan daxil olan  təkliflərin təhlil və ümumiləşdirilməsi

- Vətəndaşların qəbulu, daxil olan ərizə və şikayətlərə baxılması 

- Milli məclisin  2014-cü il payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabatın hazırlanması  

Modern.az  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Bakıya ŞOK HÜCUMLAR - Arxasında kimlər var?