
“Dünən 3 zərərçəkmiş ailə, bu gün isə 6 ailə evlə təmin olunub”. Bunu Modern.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov Xırdalandakı uçmuş binanın sakinləri haqda danışarkən deyib.
Onun sözlərinə görə, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasındakı partlayış nəticəsində zərər çəkmiş köçkün ailələri Abşeronun Mehdabad qəsəbəsində salınan şəhərcikdə mənzillə təmin olunublar.
E.Qədimov bildirib ki, hazırda dağıntı olan ərazidə Fövqəlada Hallar Nazirliyinin komssiyası araşdırma aparır.
E.Qədimov qeyd edib ki, partlayış olan binada əvvələr 56 ailə məskunlaşmışdı.
Məltəm Talıbzadə