Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. Modern.az-ın məlumatına görə, komitənin sədr müavini Fəttah Heydərov komitə üzvülərinə heç bir münaqişə və mübahisəyə qoşulmadan açıq fəaliyyət göstərdikləri üçün təşəkkür edib:
“Bu parlamentin 4 ili geridə qalır. 1 ildən sonra bu parlamentin müddəti başa çatacaq. Bu müddət ərzində istər qanunvericilik, istərsə də digər sahələrdə bizim komitənin üzvləri fəal çalışıb. Onlar heç heç bir mübahisəli məslələrə qoşulmayıb və mühüm qərarlar qəbul ediblər. Onların fəaliyyətini mükkəməl adlandırmaq olar. Buna görə komitə üzvlərinin hər birinə dərin təşəkkürümü bildirirəm”.
Modern.az