“Dönərxanalarda gigiyenik tələblərə əməl olunub-olunmaması hər ay gündəmə gəlir. Xüsusən indi, yeni təhsil ili başladığı dövrdə də. Ancaq yeni qəbul olunan qanuna görə, yoxlama ancaq şikayət daxil olanda aparılmalıdır”.
Bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qida gigiyenası şöbəsinin rəhbəri İmran Abdullayev Modern.az-a bildirib. Onun sözlərinə görə, Mərkəz noyabrın 1-dən artıq gələn il üçün plan hazırlamalıdır.
“Planda müxtəlif dönər sahələri qeydə alınacaq. Amma dönərlə, yaxud onun satışı üçün nəzərdə tutulan yerlə bağlı mütləq şikayət olmalıdır ki, onların yoxlanılmasını təmin edək. Ötən aylar ərzində isə şikayətlər araşdırılıb və iaşə obyektləri sahibləri cərimələnib” .
Məltəm Talıbzadə