Modern.az

Bakı məktəblərinin yaşlı direktorları...

Bakı məktəblərinin yaşlı direktorları...

Təhsil

9 Sentyabr 2014, 17:08

“Bakıda fəaliyyət göstərən orta məktəblərdə nəinki 65, hətta 71 yaşdan da yuxarı olan direktorlar hazırda öz vəzifələrini icra edir”. Bunu Modern.az saytının sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildiriblər.

Nazirlikdə qeyd olunub ki, paytaxt üzrə ümumtəhsil məktəblərində yaşı 60-65 arası olan – 72, yaşı 66-70 arası olan  olan – 28 və yaşı  71-dən yuxarı olan 11 nəfər məktəb direktoru çalışır.

Qeyd edək ki, bir müddət Təhsil Nazirliyi pensiya yaşına çatmış bir qrup direktorla əmək müqaviləsi bağlamaqdan imtina etmişdi.

Məltəm Talıbzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz