Gürcüstanda Samsxe-Cavaxetiya regionunda yaşayan ermənilər bu ölkənin Daxili İşlər Nazirliyinin əməkdaşlarına silah-sursat təhvil veriblər.
Modern.az saytı gürcü mətbuatına istinadən xəbər verir ki, ermənilərin kompakt şəkildə məskunlaşdığı Samsxe-Cavaxetiya sakinləri çoxlu sayda silah-sursatı könüllü olaraq hüquq-mühafizə orqanlarına verib.Ermənilər polisə 2 avtomat, 3 tapança, 4 ədəd kiçik kalibrli odlu silah, 2 ov tüfəngi, 1 böyük kalibrli tüfəng, 2 minaatan, 3 kiloqrama qədər tirotil, 114 əl qumbarası, 3 tank əleyhinə qumbara atan və 7682 döyüş patronu veriblər.
Faktla bağlı cinayət işi açılıb.
Modern.az