Modern.az

“Ebola”dan ölənlərin sayı 2296 nəfərə çatıb

“Ebola”dan ölənlərin sayı 2296 nəfərə çatıb

Təhsil

10 Sentyabr 2014, 00:44


“Ebola” virusundan ölənlərin sayı 2296 nəfərə çatıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında qeyd olunub.  

  Məlumatda, virusun sürətlə yayılmasını nəzərə alaraq, qurbanların real sayının, əsasən də Liberiyada, daha çox olduğu bildirilir.  

Qeyd edək ki, Syerra-Leonedə virusun sürətlə yayılması səbəbindən sakinlərə evlərini tərk etməyə qadağa qoyulub. Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Marqaret Çen “Ebola” xəstəliyini yalnız 6-9 aydan sonra nəzarətə almaq mümkün olacağını bəyan edib. (APA)

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı