Modern.az

Qızıl Xaç Komitəsi: “Girovluqdakı 15 yaşlı Cavid Məmmədova 4 gün əvvəl baş çəkilib”

Qızıl Xaç Komitəsi: “Girovluqdakı 15 yaşlı Cavid Məmmədova 4 gün əvvəl baş çəkilib”

Təhsil

10 Sentyabr 2014, 11:28



“Beynəlxalq Qızıl Xaç Komitəsi əvvəl saxlanılan Dilqəm Əhmədov və Şahbaz Quliyevə sonuncu dəfə sentyabr ayının 5-də, daha sonra saxlanılan Cavid Məmmədova isə sentyabrın 6-da baş çəkib”.

Bu barədə məlumatı Modern.az-a Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

Komitə rəsmisinin sözlərinə görə, girovlar barədə ailələri məlumatlandırılıb, həmçinin girovlara ailələri barədə informasiya verilib.

Girovların geri qaytarılması məsələsinə gəlincə isə İlahə Hüseynova bildirib ki, bunun üçün dialoqlar davam etdirilir.

Qeyd edək ki, sözügedən şəxslər işğal altında olan Kəlbəcər rayonunda ermənilər tərəfindən girov götürülüb. Qızıl Xaç Komitəsi bundan əvvəl onlara 3 dəfə baş çəkib.

Azərbaycan vətəndaşı Cavid Məmmədov isə Tərtər rayonunun Aşağı Çaylı istiqamətində erməni əsgərləri tərəfindən girov götürülüb. 15 yaşlı Cavid Məmmədovun II qrup əlil olduğu bildirilir.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı