Modern.az

Mübariz Qurbanlıdan Dini Komitədə yeni kadr dəyişikliyi

Mübariz Qurbanlıdan Dini Komitədə yeni kadr dəyişikliyi

Təhsil

10 Sentyabr 2014, 11:30

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni sədri Mübariz Qurbanlı bu qurumda kadr dəyişikliklərini davam etdirir. Modern.az saytının xəbərinə görə, Mübariz Qurbanlının müvafiq əmri ilə Oqtay Hüseynov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin aparatına yeni rəhbər təyin olunub. Dini Komitənin aparatına rəhbərlik edəcək yeni rəhbər O.Hüseynov artıq işə çıxır.

Qeyd edək ki, iyulun 21-dən Dini Komitəyə sədr gətirilən YAP icra katibinin müavini Mübariz Qurbanlı təxminən iki aya yaxın köhnə komanda ilə çalışandan sonra kadr islahatlarına başlayıb. Yeni sədr Anar Kazımovu komitənin Bakı şöbəsinin müdiri təyin edilib. A.Kazımov buna qədər komitənin Bakı şöbəsində məsləhətçi işləyib. 

M.Qurbanlıyadək Dini Komitə sədrinin köməkçisi  işləmiş Daşqın Rəcəbli də bir neçə gün öncə vəzifəsindən azad edilibərək, yerinə 28 yaşlı Amid Cavadov gətirilib.

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı