Modern.az

Erməni girovluğundakı Cavid Məmmədovun qaytarılması üçün müzakirə gedir - Qızıl Xaç Komitəsi

Erməni girovluğundakı Cavid Məmmədovun qaytarılması üçün müzakirə gedir - Qızıl Xaç Komitəsi

Təhsil

10 Sentyabr 2014, 12:10

“Hazırda erməni girovluğundakı Cavid Məmmədovun azad edilməsi ilə bağlı tərəflərlə müzakirələr aparır. Bu müzakirələrin mövzusu ictimaiyyətə açıqlanmır”.

Bunu Modern.az-a açıqlamasında Beynəlxalq Qızıl Xaç Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

“Bütün hallarda qaytarılma tərəflərin razılaşmasından asılıdır. Girov götürən tərəf qaytarmağa, qarşı tərəf isə girovu qəbul etməyə razılaşmalıdır. Ən əsası isə saxlanılan şəxs qayıtmaq istədiyinə dair öz arzusunu bildirməlidir. Bu hallar üst-üstə düşdükdə komitə neytral vasitəçi olaraq qaytarılma əməliyyatında iştirak edəcək”.

Qeyd edək ki, Azərbaycan vətəndaşı C.Məmmədov isə Tərtər rayonunun Aşağı Çaylı istiqamətində erməni əsgərləri tərəfindən girov götürülüb. 15 yaşlı girov II qrup əlildir. Dünən Dağlıq Qarabağdakı separatçı qurumlar C. Məmmədovun geri qaytarılmasına hazır olduqlarını bildirib.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı