
Azərbaycanda baş verən bir hadisə İngiltərədə nəşr olunan “Daily Mail” qəzetində əksini tapıb. Modern.az sayt; BBC Azərbaycanca-ya istinadən xəbər verir ki, Britaniyalı bir turist Azərbaycanda qonşusunun həyətini murdarladığı üçün polis tərəfindən saxlanılıb.
“Daily Mail” yazır ki, 24 yaşlı Ceyms Andre Yanq qadın qonşusunun həyətində şalvarı aşağı yaxalanıb. Polis tərəfindən dindirildikdən sonra isə azad edilib. Polis sözçüsünün bildirdiyinə görə isə "Young əməlli-başlı sərxoş olub və hərəkətinə görə üzr istəyib.
"Gənc qadın Bakının Nərimanov rayonunda yerləşən həyətində bir kişinin şalvarını aşağı çəkdiyini görərək sarsıntı keçirib. 33 yaşlı Günel Həsənova yad kişinin paltarını soyunaraq ona hücum edəcəyini zənn edərək polis çağırıb. Hadisə yerinə tələsən silahlı polis, britaniyalı turist, 24 yaşlı James Andre Young-ı şalvarı aşağı, üzünü divara çevirərək təbii tələbatını ödəyərkən yaxalayıb”.
Qəzet əlavə edir ki, C. Yanq polis tərəfindən sorğu-suala tutulduqdan sonra sərbəst buraxılıb. Polis sözçüsünün bildirdiyinə görə, britaniyalı çox içkili olub və açıq qapıdan içəri daxil olub.
Hadisə yerində yaxalanan turist qadını qorxutduğu üçün üzr istəyib.
Moderen.az